Azərbaycanın müstəqil bir subyekt kimi mövcudluğu 1993-cü ilin iyun ayında ciddi təhdid altındaydı. Silahlı qruplaşmaların paytaxta doğru irəliləməsi və vətəndaş müharibəsi təhlükəsi dövlətin varlığını sarsıdırdı. Belə bir fəlakətli şəraitdə millətin bütövlüyünü təmin edə biləcek yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkədə xilaskarlıq hərəkatının təməli qoyuldu. Müdrik rəhbər qısa müddətdə ölkədəki silahlı qarşıdurmanı dayandırdı və hüquqi dövlət quruculuğu prosesinə start verdi. Bu tarixi qayıdış xalqın dövlətə olan inamını yenidən bərpa etdi.
Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası həyatın bütün sahələrini əhatə edirdi. İlk milli Konstitusiyanın qəbulu, iqtisadiyyatın liberallaşdırılması və nizam-intizamlı ordunun yaradılması dövlətimizin beynəlxalq arenada etibarlı bir subyekt kimi tanınmasını təmin etdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycanın gücünün və qüdrətinin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi-siyasi qələbələr Ümummilli Liderin təməlini qoyduğu müstəqillik strategiyasının ən parlaq və şanlı zirvəsini təşkil edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu