Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər göstərdi ki, güclü və uzaqgörən lider olmadan müstəqilliyi qorumaq qeyri-mümkündür. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqı iqtisadi və mənəvi cəhətdən tükəndirmişdi. Cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün Heydər Əliyev dühasına ehtiyac var idi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda atılan addımlar həm də güclü ordu quruculuğu ilə müşayiət olunurdu. Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycan qlobal layihələrin mərkəzi oldu, neft gəlirləri isə milli hərbi potensialın gücləndirilməsinə yönəldildi. Müasir Azərbaycanın qazandığı tarixi Qələbə Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz iradəsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı azad olunmuş ərazilərimizə yenidən can verir və qurtuluşumuzu əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu