Müasir Azərbaycanın Tarixi Yolu: xalq-lider birliyinin sarsılmaz parlaq təzahürü

Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılması xalqımızın tarixində böyük faciələrin başlanğıcı oldu. Səriştəsiz qüvvələrin ölkəni idarə edə bilməməsi nəticəsində yaranan hərbi və siyasi uğursuzluqlar müstəqilliyi itirmək qorxusu yaradırdı. Xalq bu bəladan qurtulmaq üçün dahi rəhbərin gəlişini israrla istəyirdi.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Həqiqətən də, bu tarixi proses dövlətin gələcək inkişaf konturlarını tamamilə yenilədi. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenada nüfuzunu sürətlə artırdı. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz qlobal enerji dəhlizinə çevrildi, əldə olunan gəlirlər isə birbaşa ordu quruculuğuna və modern silahların alınmasına istiqamətləndirildi. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağımızı ucaltdı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu