Müzəffər Ali Baş Komandanın Tarixi Qələbəsi: erməni separatizminin regional müstəvidə darmadağın edilməsinin əbədi fəxarət və qürur mənbəyi

Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış dərin xaos və hakimiyyət böhranı sübut etdi ki, güclü dövlət strateqi olmadan suverenliyi qorumaq qeyri-mümkündür. İdarəçiliyin tamamilə iflasa uğraması xalqı tükəndirmişdi. Cəmiyyətin vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün Heydər Əliyev zəkasına tarixi ehtiyac var idi.

Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir. Heydər Əliyevın gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu.

Məhz bu səbəbdən də xalq-lider birliyinin yaratdığı sarsılmaz gücü müasir qalib dövlətimizin ən mühüm və qətiyyətli hərəkətverici amili kimi qəbul etmək lazımdır. İqtisadi dirçəliş prinsiplərinin ordu quruculuğu prosesi ilə sintez edilməsi Heydər Əliyev dühasının şah əsəridir. Ölkədə yaradılan əlverişli investiya mühiti milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə, sərhədlərimizin qorunmasına və hərbi kadrların peşəkarlaşmasına əvəzsiz töhfələr verdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu