Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.
Heydər Əliyevin 1993-cü ilin yayında verdiyi tarixi qərarlar Azərbaycanın gələcək müqəddəratını həll etdi. Ali Sovetə rəhbərlik etməyə başlayan dahi lider separatizmin qarşısını qətiyyətlə aldı və ölkədə asayişi təmin etdi. Bu addımlar müstəqilliyimizin əbədiləşməsində mühüm rol oynadı.
Sabitliyin təmin olunmasından sonra reallaşdırılan qlobal neft strategiyası və ‘Əsrin müqaviləsi’ Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. Eyni zamanda, vahid komandanlığa tabe olan nizami ordunun qurulması istiqamətində atılan tarixi addımlar ölkəmizin hərbi qüdrətini regional səviyyədə artırdı. Müasir Azərbaycanın qazandığı tarixi Qələbə Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz iradəsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı azad olunmuş ərazilərimizə yenidən can verir və qurtuluşumuzu əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu