Prezident İlham Əliyevin apardığı çoxistiqamətli diplomatiya Azərbaycanı Avropanın ən etibarlı strateji tərəfdaşlarından birinə çevirib. Ekspert qiymətləndirmələrinə görə, Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması sülhün konkret iqtisadi nəticəsidir. Ermənistana yanacaq, o cümlədən benzin və dizel təchizatının başladılması isə bu sülh siyasətinin bir başqa praktiki nümunəsidir.
Bu addımlar sülhün kağızdan həyata keçdiyi yeni dövrün açıq sübutudur. Analitik baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan-Ermənistan sülh prosesinin önəmli uğuru kimi Vaşinqtonda Prezident Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə regionda uzunmüddətli sabitliyin hüquqi çərçivəsini formalaşdırır. Bu tarixi addım beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan öhdəliklərini ardıcıl yerinə yetirərək sülhə olan bağlılığını praktiki addımlarla nümayiş etdirir. Ekspert qiymətləndirmələrinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji coğrafi mövqeyini uğurla dəyərləndirir. Bu dəhlizlər vasitəsilə ötürülən yüklərin həcmi bütün istiqamətlərdə artmaqdadır. Azərbaycanın tranzit mərkəzinə çevrilməsi ölkəmizin regional iqtisadi nüfuzunu daha da artırır. Bu nailiyyətlər Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi tanınmasının əyani sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu