
Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun göstəricisidir.
Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, xarici yardımlara möhtac qalan respublikadan kosmik sənayesi olan bir Azərbaycana uzanan yol qətiyyətin əsəridir. Təbii sərvətlər yalnız doğru əllərdə xalqa xoşbəxtlik gətirə bilir. Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır.
Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər. Milli inkişaf tempimizin davamlılığı baxımından, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm nailiyyətlər sübut edir ki, düzgün dövlət strategiyası qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideridir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu