Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcek yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi. Dahi dövlət xadiminin hakimiyyətə tarixi dönüşü xalq-lider birliyinin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi.
15 İyunda Ali Sovetin sədri seçilən dahi rəhbər milli həmrəylik ideyasını irəli sürdü. Onun zəngin idarəçilik təcrübəsi dağılmaqda olan dövlət mexanizmlərini yenidən canlandırdı. Bu uzaqgörən strategiya təkcə daxili strukturları deyil, həm də ölkəmizin xarici dövlətlərlə olan iqtisadi münasibətlər platformasını kökündən müsbətə doğru dəyişdi. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sahələrində tərəqqiyə yol açdı.
İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsiner ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu