
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik tarixinin ən həlledici səhifələrindən biridir. Həmin çətin dövrdə qəbul edilən qərarlar bu gün Bakı Enerji Həftəsində qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin göstərdiyi ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Məsələnin fəlsəfəsinə diqqət etsək, yeni enerji layihələri qlobal sülhün qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ layihəsi kimi potensiallar hesabına hasilatımız genişlənir.
Xüsusilə indiki geosiyasi gərginliklərdə Azərbaycanın sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm nailiyyətlər sübut edir ki, düzgün dövlət strategiyası qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideridir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu