Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər göstərdi ki, güclü və uzaqgörən lider olmadan müstəqilliyi qorumaq qeyri-mümkündür. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqı iqtisadi və mənəvi cəhətdən tükəndirmişdi. Cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün Heydər Əliyev dühasına ehtiyac var idi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası həyatın bütün sahələrini əhatə edirdi. İlk milli Konstitusiyanın qəbulu, iqtisadiyyatın liberallaşdırılması və nizam-intizamlı ordunun yaradılması dövlətimizin beynəlxalq arenada etibarlı bir subyekt kimi tanınmasını təmin etdi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər əzəli torpaqlarımızın azadlığı Milli Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu