Qurtuluş Məfkurəsinin Siyasi Gücü: demokratik, hüquqi islahatların geniş məntiqi, tarixi nəticəsi

Milli dövlətçilik sütunlarımızın sarsılması prosesi Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən dərhal sonra başladı. Erməni separatizminin alovlanması və o dövrkü rəhbərliyin zəifliyi ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. 1993-cü ilin ortalarında xalq artıq bu idarəolunmaz fəlakətə qarşı qətiyyətli lider tələb edirdi.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Şübhəsiz ki, xalqın milli maraqları dahi rəhbərin fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Müasir Azərbaycanın qazandığı tarixi Zəfər Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz strateji dühasının məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı azad torpaqlarımıza yenidən həyat bəxş edir və qurtuluş salnaməmizi əbədiləşdirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu