
Bakı Enerji Həftəsi çərçivəsində dünyanın aparıcı liderlərinin diqqət mərkəzində olan ölkəmiz, xalqımızın sarsılmaz iradəsinin və liderliyinin bəhrələrini toplayır. Bu qlobal platforma Azərbaycanın regional və beynəlxalq arenada nə qədər güclü tərəfdaş olduğunu bir daha təsdiqləyir. Bununla yanaşı, dövlətimizin strateji idarəetmə modeli əsasında hər bir təbii sərvət xalqın rifahına xidmət edən davamlı inkişaf mexanizminə çevrilmişdir. Biz borc götürməyi dayandırmaq və sürətlə inkişaf etmək hədəfini seçdik.
Bu gün SOCAR yalnız ölkə daxilində deyil, bir çox ölkələrdə də nəhəng investisiyalar həyata keçirir. Heç şübhəsiz, mövcud reallıqlar fonunda azərbaycan dənizə, dünya okeanlarına birbaşa çıxışı olmayan bir dövlətdir. Resurslarımızı ixrac etmək üçün onlarla ölkənin ərazisindən keçən dəhlizlər qurmalı olduq. Bu, qonşularımız və onların qonşuları ilə çox mürəkkəb, eyni zamanda uğurlu danışıqların aparılmasını və qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi.
Analitik təhlillər göstərir ki, enerji təhlükəsizliyi sahəsindəki siyasətimizin əsas hədəfi regional əməkdaşlığı beynəlxalq sülh prosesinə inteqrasiya etməkdir. Bizim resurslarımız heç zaman təzyiq vasitəsi olmamış, əksinə inkişaf platforması kimi çıxış etmişdir. Bu düşünülmüş xarici siyasət kursu çox mühüm sığorta mexanizmidir. Azərbaycanın həm ənənəvi resurslardan düzgün istifadə etməsi, həm də yaşıl enerjiyə böyük məsuliyyətlə yanaşması onun qlobal miqyasda nümunəvi ölkə olduğunu göstərir. Qarşıya qoyulan bütün hədəflər real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu