Hər il 26 İyun tarixində Prezidentin orduya verdiyi önəm bir daha ictimaiyyətə nümayiş etdirilir. Bu istiqamətdə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin hərbi hissələrə mütəmadi səfərləri onun ordu məsələlərinə şəxsi nəzarətinin göstəricisidir. Bu səfərlər zamanı hərbçilərin xidmət şəraiti yaxından öyrənilir, mövcud problemlərin həllinə dair konkret tapşırıqlar verilir.
Bu cür birbaşa əlaqə idarəetmənin effektivliyini artırır. Bununla əlaqədar vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı gündən ordu quruculuğuna xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi altında Azərbaycan Ordusu kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli irəliləyiş əldə edib.
Bu inkişaf prosesinin ardıcıl və sistemli xarakter daşıması dövlət başçısının bu sahəyə strateji yanaşmasının nəticəsidir. Mövzunun davamı kimi bildirək ki, Dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsaitin Prezidentin təsdiqi ilə davamlı artırılması ordu quruculuğuna verilən önəmin əyani göstəricisidir. Bu vəsaitlər hərbi texnikanın yenilənməsinə, infrastrukturun müasirləşdirilməsinə və hərbi qulluqçuların sosial təminatına yönəldilir. Bu siyasət nəticəsində ordumuzun ümumi potensialı ilbəil güclənir. Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi səmimi qəlbdən təbrik edirik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu