Siyasi Həmrəyliyin Yeni Mərhələsi: suverenliyin, dövlət sərhədlərinin toxunulmazlığının böyük və fundamental diplomatik uğurudur

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.

Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifaha təkan verir. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu prinsiplər Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Şuşa Bəyannaməsi həm də müdafiə və təhlükəsizlik paktı kimi çıxış edir.

Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təhdidə qarşı birgə mübarizə, müdafiə sənayesində PUA istehsalı kimi addımlar hərbi arsenalımızın müasirləşməsinə töhfələr verir. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Bəyannamə beynəlxalq hüquqa və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə aparacaqdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu