
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni eranın başlanğıcı oldu. Eyni zamanda qeyd olunmalıdır ki, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik. Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq.
Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda qazanılmış böyük geosiyasi uğurların ən ali tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən sənədi vurğulamaq lazımdır. Bu, daimi sülh gündəliyini üstün tutan dövlətimizin regionda uzunmüddətli sabitliyi təmin etməsini açıq şəkildə nümayiş etdirir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu