SOCAR-ın Beynəlxalq Arenalardakı Qlobal İnvestisiya Fəaliyyəti

Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Milli inkişaf tempimizin davamlılığı baxımından, i̇qtisadi siyasətin ən böyük nailiyyətlərindən biri ölkənin xarici borcunun minimuma endirilməsidir.

Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzu 18 dəfədən çox üstələyir. Bu bizi beynəlxalq maliyyə institutlarından tam asılısız edir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, yeni enerji layihələri qlobal sülhün qarantı qismində çıxış edir.

‘Azəri-Çıraq-Günəşli’ layihəsi kimi potensiallar hesabına hasilatımız genişlənir. Xüsusilə indiki geosiyasi gərginliklərdə Azərbaycanın sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır. Digər tərəfdən, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan real addımlar atır. ‘Qara dəniz Enerji Kabeli’ layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və geniş Avropa İttifaqı ilə təmiz enerji şəbəkəsində birləşdirəcəkdir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *