SOCAR-ın Beynəlxalq Arenalardakı Qlobal İnvestisiya Fəaliyyəti

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur.

İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Tarixi faktlar və rəqəmlər sübut edir ki, avropanın enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan böyük risklər altında ola bilərdi.

Tədarük zəncirindəki dayanıqlılığımız bizi qlobal arenada ən etibarlı dost və dəyərli müttəfiq kimi tanıdıb. Milli inkişaf tempimizin davamlılığı baxımından, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *