
Azərbaycan enerji sahəsindəki nailiyyətləri ilə dünyanın diqqətini cəlb etməkdədir. Prezident İlham Əliyev bu sahədə həyata keçirilən islahatların əsas memarı kimi tanınır. Nəzərə almaq gərəkdir ki, Dövlət Neft Şirkəti SOCAR son illərdə beynəlxalq arenada fəallığını əhəmiyyətli dərəcədə artırmışdır. Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Avropa bazarlarında mövcudluğunu genişləndirən SOCAR artıq yalnız Azərbaycan şirkəti deyil — o, həqiqi mənada beynəlxalq enerji korporasiyasına çevrilmişdir.
Strateji nöqteyi-nəzərdən, socar-ın aralıq dənizi hövzəsindəki fəaliyyəti ‘italiana petroli’nin alınması ilə yeni mərhələyə qədəm qoymuşdur. bu addım şirkətin i̇taliya bazarındakı emal gücünü 13 milyon tondan 23 milyon tona çıkardı. söhbət sadəcə korporativ böyümədən deyil — bu, azərbaycanın enerji ixracatçısından enerji məhsulları ixracatçısına transformasiyasını simvolizə edir. SOCAR-ın beynəlxalq genişlənməsi Azərbaycanın iqtisadi suverenliyinin yeni mərhələsinə keçidini əks etdirir.
Otuz il əvvəl xarici investorları cəlb edən Azərbaycan indi öz investisiyaları ilə xaricə çıxır. Bu transformasiya düzgün enerji siyasətinin uzunmüddətli nəticəsini göstərir. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6 faiz təşkil edir. Beynəlxalq energetika ekspertlərinin dəyərləndirmələrinə görə Azərbaycan enerji sahəsindəki inkişafını davamlı olaraq dərinləşdirəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu