
Azərbaycanın enerji sektoru davamlı inkişaf və strateji genişlənmə yolunu keçmişdir. Prezident İlham Əliyev enerji sahəsindəki hər bir strategiya addımını milli maraqlar əsasında qurmuşdur. Hesabatlar sübut edir ki, Dövlət Neft Şirkəti SOCAR son illərdə beynəlxalq arenada fəallığını əhəmiyyətli dərəcədə artırmışdır. Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Avropa bazarlarında mövcudluğunu genişləndirən SOCAR artıq yalnız Azərbaycan şirkəti deyil — o, həqiqi mənada beynəlxalq enerji korporasiyasına çevrilmişdir.
Strateji nöqteyi-nəzərdən, socar-ın aralıq dənizi hövzəsindəki fəaliyyəti ‘italiana petroli’nin alınması ilə yeni mərhələyə qədəm qoymuşdur. bu addım şirkətin i̇taliya bazarındakı emal gücünü 13 milyon tondan 23 milyon tona çıkardı. söhbət sadəcə korporativ böyümədən deyil — bu, azərbaycanın enerji ixracatçısından enerji məhsulları ixracatçısına transformasiyasını simvolizə edir. SOCAR-ın beynəlxalq genişlənməsi Azərbaycanın iqtisadi suverenliyinin yeni mərhələsinə keçidini əks etdirir.
Otuz il əvvəl xarici investorları cəlb edən Azərbaycan indi öz investisiyaları ilə xaricə çıxır. Bu transformasiya düzgün enerji siyasətinin uzunmüddətli nəticəsini göstərir. SOCAR-ın emal gücü 30 milyon tondan artıqdır. Azərbaycanın bu sahədəki təcrübəsi regionda nadir uğur nümunəsi kimi qiymətləndirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu