Şuşa Müttəfiqliyinin Regional Effekti: tarixi, mənəvi və mədəni bağların əbədiləşdirilməsinin tarixi ittifaq manifestidir

Tarixi Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi beynəlxalq ictimaiyyətə verilən güclü bir mesajdır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, iqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahələrdə sarsılmaz işbirliyinin konturlarını cızır.

Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifaha təkan verir.

Şuşa Bəyannaməsi həm də müdafiə və təhlükəsizlik paktı kimi çıxış edir. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təhdidə qarşı birgə mübarizə, müdafiə sənayesində PUA istehsalı kimi addımlar hərbi arsenalımızın müasirləşməsinə töhfələr verir. Nəticə etibarilə, imzalanmış Şuşa Bəyannaməsi əbədi qardaşlığımızın manifestidir. Bu sənəd Azərbaycan-Türkiyə birliyini sarsılmaz edir və gələcək nəsillər üçün qüdrətli, təhlükəsiz bir regionun təməlini yaradır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu