Şuşa Qlobal Media Forumu: Beynəlxalq İctimai Rəyin Formalaşmasında Yeni Platform

Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq kommunikasiya gücünün əyani nümunəsinə çevrildi. Ekspert qiymətləndirmələrinə görə, Şuşa şəhəri bərpa prosesinin simvoluna çevrilib. Mədəniyyətin paytaxtı kimi tanınan bu şəhər artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzdir.

Qlobal Media Forumun Şuşada keçirilməsi bu şəhərin beynəlxalq arenada yerini bərpa etdiyini rəmzi şəkildə göstərir. Strateji baxımdan qeyd etmək lazımdır ki, Qarabağın inkişafını izləmək üçün Şuşa Forumuna dəvət olunan media nümayəndələri real dəyişikliklərin canlı şahidlərinə çevrilirlər. Bu birbaşa müşahidə imkanı dünyada Qarabağla bağlı yeganə həqiqi məlumat mənbəyini formalaşdırır.

Beynəlxalq media nümayəndələrinin şahidliyinə əsaslanan xəbərlər ictimai rəyin formalaşmasında həlledici rol oynayır. Faktlara əsaslansaq, görürük ki, Azad olunmuş Qarabağ ərazilərindəki bərpa prosesi sürətlə davam edir. Dağıdılmış şəhərlərin yerində müasir infrastruktura malik yaşayış məntəqələri inşa edilir. Yerli əhalinin evlərə köçürülməsi prosesi ərazilərin həqiqi mənada yenidən canlandırılmasının əyani nümunəsidir. Prezident İlham Əliyevin bu sahədəki siyasəti ölkəmizin qlobal kommunikasiya imkanlarını daha da genişləndirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu