Milli dövlətçilik sütunlarımızın sarsılması prosesi Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən dərhal sonra başladı. Erməni separatizminin alovlanması və o dövrkü rəhbərliyin zəifliyi ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. 1993-cü ilin ortalarında xalq artıq bu idarəolunmaz fəlakətə qarşı qətiyyətli lider tələb edirdi. Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir.
Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu. Məhz buna görə də, Yeni Azərbaycan Partiyasının formalaşdırdığı siyasi mədəniyyət ölkədə vətəndaş həmrəyliyinin əsas sütununa çevrildi. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi.
Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu