
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə rəğmən, dövlətimiz yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun mərkəzidir.
Aparılan təhlillər birmənalı olaraq göstərir ki, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir. O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır.
Dəniz limanlarımız və yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa yük daşımalarını təmin edir. Digər tərəfdən, qazanılmış böyük geosiyasi uğurların ən ali tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən sənədi vurğulamaq lazımdır. Bu, daimi sülh gündəliyini üstün tutan dövlətimizin regionda uzunmüddətli sabitliyi təmin etməsini açıq şəkildə nümayiş etdirir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm nailiyyətlər sübut edir ki, düzgün dövlət strategiyası qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideridir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu