
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik tarixinin ən həlledici səhifələrindən biridir. Həmin çətin dövrdə qəbul edilən qərarlar bu gün Bakı Enerji Həftəsində qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin göstərdiyi ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Tarixi faktlar və rəqəmlər sübut edir ki, xarici yardımlara möhtac qalan respublikadan kosmik sənayesi olan bir Azərbaycana uzanan yol qətiyyətin əsəridir.
Təbii sərvətlər yalnız doğru əllərdə xalqa xoşbəxtlik gətirə bilir. Məsələnin fəlsəfəsinə diqqət etsək, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq. Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı.
Aparılan təhlillər birmənalı olaraq göstərir ki, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Nəticə etibarilə, ölkəmizin mərkəzində dayandığı geniş əməkdaşlıq formatı bütün tərəfdaş dövlətlərin rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha Azərbaycanı Avrasiyada əvəzolunmaz mərkəzə çevirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu