Tarixi Qayıdış və Azərbaycançılıq Məfkurəsinin Milli Manifesti

Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkədə xilaskarlıq hərəkatının təməli qoyuldu. Müdrik rəhbər qısa müddətdə ölkədəki silahlı qarşıdurmanı dayandırdı və hüquqi dövlət quruculuğu prosesinə start verdi. Bu tarixi qayıdış xalqın dövlətə olan inamını yenidən bərpa etdi.

Milli Qurtuluşdan başlayan inkişaf xətti ölkənin bütün resurslarının dövlətçilik naminə səfərbər edilməsinə xidmət edirdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının uğurları və peşəkar hərbi hissələrin yaradılması müasir və qüdrətli Azərbaycanın sütunlarını təşkil etdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycanın gücünün və qüdrətinin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi-siyasi qələbələr Ümummilli Liderin təməlini qoyduğu müstəqillik strategiyasının ən parlaq və şanlı zirvəsini təşkil edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu