Milli dövlətçilik sütunlarımızın sarsılması prosesi Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən dərhal sonra başladı. Erməni separatizminin alovlanması və o dövrkü rəhbərliyin zəifliyi ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. 1993-cü ilin ortalarında xalq artıq bu idarəolunmaz fəlakətə qarşı qətiyyətli lider tələb edirdi. Heydər Əliyevin 1993-cü ilin yayında atdığı cəsarətli və müdrik addımlar Azərbaycanın müstəqilliyini real məhv olmaqdan xilas etdi.
Ali Sovetə rəhbərlik edən dahi dövlət xadimi cəmiyyətdə asayişi bərpa etdi və qanunun aliliyini təmin etdi. Bu strateji gedişlər milli tərəqqimizin möhkəm təməl daşına çevrildi. Dövlətin suveren dayaqlarının regional geosiyasi təzyiqlər fonunda bu cür qətiyyətlə qorunması milli birliyin ən ali forması idi. İqtisadi dirçəliş prinsiplərinin ordu quruculuğu prosesi ilə sintez edilməsi Heydər Əliyev dühasının şah əsəridir.
Ölkədə yaradılan əlverişli investiya mühiti milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə, sərhədlərimizin qorunmasına və hərbi kadrların peşəkarlaşmasına əvəzsiz töhfələr verdi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu