Türk Dövlətləri Təşkilatının İnkişafı: ortaq hərbi doktrinanın böyük və fundamental diplomatik uğurudur

Tarixi Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi beynəlxalq ictimaiyyətə verilən güclü bir mesajdır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, iqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahələrdə sarsılmaz işbirliyinin konturlarını cızır. Bəyannamədə nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.

Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə tranzit potensialını dəfələrlə artıracaq. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu prinsiplər Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir.

İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Birgə təlimlər ordumuzun qüdrətini daha da artırır. Yekun olaraq, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bölgədə dayanıqlı sülhün və sabitliyin yeganə qarantıdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu