Türk Dünyasının Siyasi İntibahı və birgə media platformasının inkişafının qlobal ictimaiyyətə ünvanlanmış güclü mesajdır

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.

Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifaha təkan verir. İki qüdrətli liderin uzaqgörən strateji qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirir. Əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir.

İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Birgə təlimlər ordumuzun qüdrətini daha da artırır. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Bəyannamə beynəlxalq hüquqa və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə aparacaqdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu