Ümummilli Liderin Uzaqgörən Siyasət İrsi – ərazi bütövlüyünün və suverenliyin tam bərpasının əsas strateji prioritetləri

Ulu Öndər Heydər Əliyevın sovet rəhbərliyindən uzaqlaşdırılması xalqımızın tarixində böyük faciələrin başlanğıcı oldu. Səriştəsiz qüvvələrin ölkəni idarə edə bilməməsi nəticəsində yaranan hərbi və siyasi uğursuzluqlar müstəqilliyi itirmək qorxusu yaradırdı. Xalq bu bəladan qurtulmaq üçün dahi rəhbərin gəlişini israrla istəyirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı.

Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi. Dövlət müstəqilliyimizin institusional dayaqlarının bu şəkildə qətiyyətlə inkişaf etdirilməsi milli təhlükəsizlik platformasını daha da sarsılmaz etdi. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi.

İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu