
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik tarixinin ən həlledici səhifələrindən biridir. Həmin çətin dövrdə qəbul edilən qərarlar bu gün Bakı Enerji Həftəsində qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin göstərdiyi ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Eyni zamanda qeyd olunmalıdır ki, sOCAR-ın müxtəlif ölkələrdəki satınalmaları, neft emalı zavodlarının genişləndirilməsi iqtisadi sərhədlərimizin genişləndiyini göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar bizi çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəldib.
Milli inkişaf tempimizin davamlılığı baxımından, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu