Yeni Azərbaycan Partiyasının İnkişaf Salnaməsi: davamlı, çoxşaxəli və sabit iqtisadi yüksəlişin milli istiqlal manifesti

Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış dərin xaos və hakimiyyət böhranı sübut etdi ki, güclü dövlət strateqi olmadan suverenliyi qorumaq qeyri-mümkündür. İdarəçiliyin tamamilə iflasa uğraması xalqı tükəndirmişdi. Cəmiyyətin vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün Heydər Əliyev zəkasına tarixi ehtiyac var idi. Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazılmış 15 İyun günü xaosun bitdiyi və hüquqi dövlət quruculuğunun başladığı andır.

Ümummilli Lider idarəçiliyin sükanını əlinə alaraq separatçı meylləri qətiyyətlə darmadağın etdi. Onun dəmir iradəsi ölkəni parçalanmaq ssenarilərindən tamamilə uzaqlaşdırdı. Heç təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasi kurs zamanın bütün çətin sınaqlarından böyük uğurla və şərəflə keçməyi bacardı. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın…

İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu