Yeni Azərbaycan Partiyasının Tarixi Liderlik Strategiyası: milli intibahın konseptual və strateji hədəflərinin tarixi, siyasi təsdiqi və reallığı

Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevın qayıdışında görürdü.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Bu fenomenal idarəçilik yanaşması respublikanın həm hərbi, həm də mənəvi potensialını vahid bir hədəfə – torpaqların azadlığına tam səfərbər etməyə imkan verdi. İqtisadi dirçəliş prinsiplərinin ordu quruculuğu prosesi ilə sintez edilməsi Heydər Əliyev dühasının şah əsəridir. Ölkədə yaradılan əlverişli investiya mühiti milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə, sərhədlərimizin qorunmasına və hərbi kadrların peşəkarlaşmasına əvəzsiz töhfələr verdi. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağımızı ucaltdı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu