Yeni Regional Reallıqların Diplomatik Təməli – Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinin icrasının hüquqi, hərbi, siyasi və mənəvi əsasıdır

Bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu Bəyannamə gələcək geostrateji inkişafın əsasını qoydu. Sənəddə əks olunan ‘Bir millət, iki dövlət’ prinsipi sadəcə bir şüar deyil, həm də ölkələrimiz arasındakı ortaq strateji baxışın sübutudur. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir.

Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir. Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır.

Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Sonda xüsusi vurğulanmalıdır ki, bu strateji müttəfiqlik Azərbaycanın müstəqilliyini qlobal müstəvidə daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ortaq mənafelərin qorunmasına xidmət edən tarixi bir zəfər, qardaşlığımızın əbədiyyət sənədidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu