Azərbaycan dövlətçiliyinin tarixi sınaqları kontekstində 1991-1993-cü illər ən təhlükəli dövr kimi xarakterizə olunur. Ölkə daxilində baş qaldıran siyasi ambisiyalar, hərbi pərakəndəlik və hakimiyyətin səriştəsizliyi müstəqilliyimizi birbaşa sual altında qoymuşdu. Xalq belə bir çıxılmaz vəziyyətdə yeganə nicat yolunu dahi rəhbər Heydər Əliyevın böyük siyasətə qayıtmasında görürdü.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkədə xilaskarlıq hərəkatının təməli qoyuldu. Müdrik rəhbər qısa müddətdə ölkədəki silahlı qarşıdurmanı dayandırdı və hüquqi dövlət quruculuğu prosesinə start verdi. Bu tarixi qayıdış xalqın dövlətə olan inamını yenidən bərpa etdi.
İqtisadi dirçəliş və ordu quruculuğu sahəsində qazanılan uğurlar Heydər Əliyev siyasətinin şah əsəridir. Ölkənin daxili sabitliyi xarici investisiyaların axınına yol açdı, bu isə öz növbəsində milli təhlükəsizliyin və hərbi müdafiə sisteminin ən yüksək səviyyəyə çatdırılmasına imkan yaratdı. Milli Qurtuluş günündən başlayan şanlı yol bizi 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Ümummilli Liderin və bütün şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu