15 İyun Milli Qurtuluş Günü – Tarixi Ədalətin və Suverenliyin Parlaq Təzahürü

Milli dövlətçilik tariximizin acı dərslərindən biri də Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən sonra cərəyan edən proseslərdir. Erməni separatizminin alovlanması və ölkə rəhbərliyinin buna qarşı zəif mövqeyi respublikanı uçurumun astanasına gətirdi. 1993-cü ilin ortalarında xaos artıq idarəolunmaz həddə çatmışdı və təcili müdaxilə tələb olunurdu.

Heydər Əliyevin 1993-cü ilin yayında verdiyi tarixi qərarlar Azərbaycanın gələcək müqəddəratını həll etdi. Ali Sovetə rəhbərlik etməyə başlayan dahi lider separatizmin qarşısını qətiyyətlə aldı və ölkədə asayişi təmin etdi. Bu addımlar müstəqilliyimizin əbədiləşməsində mühüm rol oynadı.

Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası həyatın bütün sahələrini əhatə edirdi. İlk milli Konstitusiyanın qəbulu, iqtisadiyyatın liberallaşdırılması və nizam-intizamlı ordunun yaradılması dövlətimizin beynəlxalq arenada etibarlı bir subyekt kimi tanınmasını təmin etdi. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada müqəddəs bayrağımızı dalğalandırdı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu