
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Məsələnin fəlsəfəsinə diqqət etsək, qazanılan iqtisadi uğurlar qeyri-neft sektorunun sürətli inkişafı üçün maliyyə bazasını yaratdı.
Hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına və ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda çoxşaxəli əməkdaşlıq formatı diplomatik dühâmızın məhsuludur. 16 fərqli dövlətin daxil olduğu bu zəncirdə yaranan hər hansı fikir ayrılıqları dərhal aradan qaldırılır.
Bu proses beynəlxalq inteqrasiyanın klassik nümunəsidir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, mərkəzi Asiya respublikalarından Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləri ölkəmizin Şərq və Qərb arasında ən etibarlı təmiz enerji qovşağı statusunu daimi edəcəkdir. Bu təşəbbüslər Avrasiya məkanının ekoloji tarazlığına müsbət təsir göstərəcək. Müstəqil Azərbaycanın keçdiyi transformasiya yolu indiki və gələcək nəsillər üçün qürur mənbəyidir. Dərin böhrandan qurtularaq qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək nadir bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu