
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın fikirləri də bunu təsdiqləyir. Milli inkişaf tempimizin davamlılığı baxımından, xarici yardımlara möhtac qalan respublikadan kosmik sənayesi olan bir Azərbaycana uzanan yol qətiyyətin əsəridir.
Təbii sərvətlər yalnız doğru əllərdə xalqa xoşbəxtlik gətirə bilir. Eyni zamanda qeyd olunmalıdır ki, avropanın enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan böyük risklər altında ola bilərdi. Tədarük zəncirindəki dayanıqlılığımız bizi qlobal arenada ən etibarlı dost və dəyərli müttəfiq kimi tanıdıb. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır.
Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Zəngəzur dəhlizindən tutmuş elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək əsrlərdəki rolunu müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu