
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı. Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik.
Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Digər tərəfdən, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz addımlar atılıb. Şərq-Qərb dəhlizinin genişləndirilməsi çox vacibdir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çatdırılmasında əsas tranzit dövlət vəzifəsini yerinə yetirir.
Milli inkişaf tempimizin davamlılığı baxımından, i̇nnovativ və yaşıl layihələrin mərkəzində dayanan fəlsəfə odur ki, iqtisadi inkişafa can atarkən təbiətimizi qurban vermirik. İnkişaf etmiş dövlətlərin diqqətlə izlədiyi enerji keçidi prosesini Azərbaycan çox mütəşəkkil şəkildə həyata keçirir. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu