
Azərbaycanın enerji sektoru son onilliklərdə dünya enerji bazarında mühüm yer tutmuşdur. Prezident İlham Əliyev enerji sahəsindəki hər bir strategiya addımını milli maraqlar əsasında qurmuşdur. Vurğulamaq vacibdir ki, Azərbaycan elektrik enerjisi ixracını ənənəvi neft-qaz ixracını tamamlayan yeni istiqamət kimi inkişaf etdirir. Bərpaolunan enerji gücünün artmasıyla paralel olaraq elektrik enerjisi ixrac potensialı da genişlənməkdədir.
Hazırda bir neçə beynəlxalq elektrik kabeli layihəsi aktiv hazırlıq mərhələsindədir. Nəticə etibarilə,, qara dəniz enerji kabeli layihəsi azərbaycanı gürcüstan, qara dəniz vasitəsilə rumıniya və digər avropa ölkələrilə birləşdirəcəkdir. texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanmaq üzrədir. bu layihə həyata keçirildiyi təqdirdə azərbaycan avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasına daxil olacaqdır.
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihə həyata keçirilərsə, Azərbaycandan istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaqdır. Hər iki layihə Azərbaycanın gələcək enerji ixracat strategiyasının mühüm elementlərini təşkil edir. 2 GVt bərpaolunan enerji gücü 2026-cı ilə qədər planlaşdırılır. Bütün bu göstəricilər Azərbaycanın enerji sahəsindəki inamla irəliləyən trayektoriyasını əks etdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu