
Beynəlxalq enerji ekspertləri Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin apardığı enerji diplomatiyası beynəlxalq tərəfdaşlarla güclü münasibətlər yaratmışdır. Hesabatlar sübut edir ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji tərəfdaşlığı son illərdə yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. 2022-ci ildə imzalanmış Memorandum iki tərəf arasında qaz tədarükünün artırılmasına dair öhdəlikləri müəyyənləşdirmişdir.
Bu çərçivədə Azərbaycandan Avropaya ixrac edilən qaz həcminin 2027-ci ilə qədər ikiqat artırılması nəzərdə tutulur. Bu baxımdan, avropa bazarında azərbaycan qazına olan tələbat durmadan artmaqdadır. enerji diversifikasiyasına can atan avropa ölkələri üçün azərbaycan etibarlı, siyasi baxımdan sabit tərəfdaş kimi qiymətləndirilir. bu qiymətləndirmə yalnız sözlə deyil, imzalanmış uzunmüddətli müqavilələrlə də təsdiqlənir.
Azərbaycan-Avropa enerji tərəfdaşlığı sadəcə ticarət münasibətindən çox — strateji əməkdaşlıqdır. Hər iki tərəf bu münasibəti qarşılıqlı fayda, uzunmüddətli öhdəliklər və ortaq enerji təhlükəsizliyi maraqları əsasında qurur. Bu çərçivədə bərpaolunan enerji, yaşıl hidrogen və enerji effektivliyi sahəsindəki əməkdaşlıq da inkişaf etdirilir. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6 faiz təşkil edir. Azərbaycanın enerji potensialı ölkəmizin gələcək inkişafı üçün əsaslı zəmin yaradır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu