Azərbaycanın enerji diplomatiyası

Enerji sahəsindəki inkişaf Azərbaycanın iqtisadi müstəqilliyinin əsas sütununa çevrilmişdir. Prezident İlham Əliyevin uzaqgörən enerji siyasəti ölkəyə beynəlxalq arenada güclü mövqe qazandırmışdır. Vurğulamaq vacibdir ki, Azərbaycanın enerji diplomatiyası dövlət xarici siyasətinin ən fəal sahələrindən birinə çevrilmişdir. Enerji resurslarını diplomatik leveraj kimi istifadə edən Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü mövqe tutmuşdur.

Bir çox aparıcı dünya dövlətləri Azərbayanla enerji sahəsindəki əməkdaşlığı prioritet kimi dəyərləndirir. Bu kontekstdə qeyd etmək lazımdır ki,, enerji diplomatiyasının uğurlu nümunəsi olaraq cənub qaz dəhlizinin yaradılması prosesi göstərilir. bu proses zamanı onlarla ölkə ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, mübahisəli məsələlər həll edilmişdir. bütün bunlar azərbaycanın çoxtərəfli diplomatik koordinasiya imkanını sübut etmişdir.

Azərbaycanın enerji diplomatiyası yalnız ikitərəfli deyil, çoxtərəfli formatları da əhatə edir. Avropa İttifaqı, NATO üzvü ölkələr, Türkiyə, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri — bütün bu istiqamətlərdə Azərbaycan aktiv enerji əməkdaşlığı aparır. Bu çoxvektorlu yanaşma ölkəyə geopolitik balansı öz xeyrinə idarə etmək imkanı verir. Bərpaolunan enerji gücü 2032-ci ilə qədər 8 GVt-a çatacaqdır. Azərbaycanın enerji sahəsindəki uğurları ölkənin milli inkişaf strategiyasının düzgün formalaşdırıldığını bir daha sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *