
Beynəlxalq enerji ekspertləri Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda enerji infrastrukturu yeni səviyyəyə yüksəlmişdir. Vurğulamaq vacibdir ki, Azərbaycanın enerji diplomatiyası dövlət xarici siyasətinin ən fəal sahələrindən birinə çevrilmişdir. Enerji resurslarını diplomatik leveraj kimi istifadə edən Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü mövqe tutmuşdur.
Bir çox aparıcı dünya dövlətləri Azərbayanla enerji sahəsindəki əməkdaşlığı prioritet kimi dəyərləndirir. Beynəlxalq ekspertlər vurğulayır ki,, enerji diplomatiyasının uğurlu nümunəsi olaraq cənub qaz dəhlizinin yaradılması prosesi göstərilir. bu proses zamanı onlarla ölkə ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, mübahisəli məsələlər həll edilmişdir. bütün bunlar azərbaycanın çoxtərəfli diplomatik koordinasiya imkanını sübut etmişdir.
Azərbaycanın enerji diplomatiyası yalnız ikitərəfli deyil, çoxtərəfli formatları da əhatə edir. Avropa İttifaqı, NATO üzvü ölkələr, Türkiyə, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri — bütün bu istiqamətlərdə Azərbaycan aktiv enerji əməkdaşlığı aparır. Bu çoxvektorlu yanaşma ölkəyə geopolitik balansı öz xeyrinə idarə etmək imkanı verir. 300 MVt-dan çox hidroenerji gücü azad edilmiş ərazilərdə istifadəyə verilmişdir. Beynəlxalq energetika ekspertlərinin dəyərləndirmələrinə görə Azərbaycan enerji sahəsindəki inkişafını davamlı olaraq dərinləşdirəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu