Azərbaycanın Enerji Strategiyası: Müstəqillikdən Qlobal Uğura Doğru

Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, i̇qtisadi şaxələndirmə siyasəti insanların gündəlik həyat şəraitinin dəyişməsində özünü göstərir.

Vaxtilə paytaxtla regionlar arasındakı fərq Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı. Bu gün ən ucqar kəndlərdə belə müasir infrastruktur mövcuddur. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır. Dəniz limanlarımız və yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa yük daşımalarını təmin edir.

Eyni zamanda qeyd olunmalıdır ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *