Azərbaycanın Enerji Strategiyası: Müstəqillikdən Qlobal Uğura Doğru

Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın fikirləri də bunu təsdiqləyir. Tarixi faktlar və rəqəmlər sübut edir ki, qazanılan iqtisadi uğurlar qeyri-neft sektorunun sürətli inkişafı üçün maliyyə bazasını yaratdı.

Hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına və ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır. Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər. Eyni zamanda qeyd olunmalıdır ki, təhlükəsizlik siyasətimizin əsas hədəfi regional əməkdaşlığı sülh prosesinə inteqrasiya etməkdir.

Resurslarımız heç zaman şantaj vasitəsi olmamış, əksinə davamlı inkişaf platforması olmuşdur. Bu, bütövlükdə Avrasiya üçün çox mühüm sığorta mexanizmidir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi və ərazi bütövlüyümüz qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsindəki mesajlar da məhz bu həqiqətin təzahürüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *