Azərbaycanın Parlaq Gələcəyi və Azərbaycançılıq Məfkurəsinin Parlaq Təzahürü

Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər göstərdi ki, güclü və uzaqgörən lider olmadan müstəqilliyi qorumaq qeyri-mümkündür. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqı iqtisadi və mənəvi cəhətdən tükəndirmişdi. Cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün Heydər Əliyev dühasına ehtiyac var idi.

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.

Sabitliyin təmin olunmasından sonra reallaşdırılan qlobal neft strategiyası və ‘Əsrin müqaviləsi’ Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. Eyni zamanda, vahid komandanlığa tabe olan nizami ordunun qurulması istiqamətində atılan tarixi addımlar ölkəmizin hərbi qüdrətini regional səviyyədə artırdı. Qurtuluş məfkurəsi üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün regionun şəriksiz lideridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu irs gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu