Bakı Enerji Həftəsinin Qlobal Geosiyasi Əhəmiyyəti

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu qlobal platforma Azərbaycanın beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu təsdiqləyir. Tədbir çərçivəsində əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Tarixi faktlar və rəqəmlər sübut edir ki, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir.

O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Digər tərəfdən, cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır. Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər.

Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, təhlükəsizlik siyasətimizin əsas hədəfi regional əməkdaşlığı sülh prosesinə inteqrasiya etməkdir. Resurslarımız heç zaman şantaj vasitəsi olmamış, əksinə davamlı inkişaf platforması olmuşdur. Bu, bütövlükdə Avrasiya üçün çox mühüm sığorta mexanizmidir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *