
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir.
O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Tarixi faktlar və rəqəmlər sübut edir ki, avropanın enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan böyük risklər altında ola bilərdi.
Tədarük zəncirindəki dayanıqlılığımız bizi qlobal arenada ən etibarlı dost və dəyərli müttəfiq kimi tanıdıb. Eyni zamanda qeyd olunmalıdır ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan real addımlar atır. ‘Qara dəniz Enerji Kabeli’ layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və geniş Avropa İttifaqı ilə təmiz enerji şəbəkəsində birləşdirəcəkdir. Müstəqil Azərbaycanın keçdiyi transformasiya yolu indiki və gələcək nəsillər üçün qürur mənbəyidir. Dərin böhrandan qurtularaq qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək nadir bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu