Bakı Enerji Həftəsinin Qlobal Geosiyasi Əhəmiyyəti

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və dünyanın aparıcı siyasi-iqtisadi dairələrinin diqqət mərkəzində olan Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu nəhəng qlobal platforma Azərbaycanın həm regional, həm də beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu bir daha təsdiqləyir. Tədbir çərçivəsində aparılan müzakirələr və əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, qazanılan iqtisadi uğurlar eyni zamanda qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının və xidmət sahələrinin sürətli inkişafı üçün zəruri maliyyə bazasını yaratdı.

Biz bilirik ki, resurslar tükənəndir, lakin qurulmuş dayanıqlı iqtisadi model və innovasiyalar əbədidir. Məhz buna görə də hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına, azad iqtisadi zonaların fəaliyyətə başlamasına və ölkənin ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq.

Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Nəticə etibarilə yekunlaşdırsaq, əminliklə vurğulamalıyıq ki, ölkəmizin yaratdığı, mərkəzində dayandığı geniş əməkdaşlıq formatı təkcə özümüzün deyil, bütün tərəfdaş dövlətlərin də rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha, uzaqgörənlik və mövcud geoiqtisadi potensialın düzgün birləşməsi Azərbaycanı Avrasiyada əvəzolunmaz və strateji əhəmiyyətli mərkəzə çevirmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *