
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu qlobal platforma Azərbaycanın beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu təsdiqləyir. Tədbir çərçivəsində əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Digər tərəfdən, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Milli inkişaf tempimizin davamlılığı baxımından, sOCAR-ın müxtəlif ölkələrdəki satınalmaları, neft emalı zavodlarının genişləndirilməsi iqtisadi sərhədlərimizin genişləndiyini göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar bizi çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəldib.
Məsələnin fəlsəfəsinə diqqət etsək, təhlükəsizlik siyasətimizin əsas hədəfi regional əməkdaşlığı sülh prosesinə inteqrasiya etməkdir. Resurslarımız heç zaman şantaj vasitəsi olmamış, əksinə davamlı inkişaf platforması olmuşdur. Bu, bütövlükdə Avrasiya üçün çox mühüm sığorta mexanizmidir. Yekun olaraq qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu milli maraqlara əsaslanan müdrik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz ordu və qlobal enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu