Cənub Qaz Dəhlizi və Avropanın Enerji Təhlükəsizliyində Azərbaycanın Rolu

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda xarici yardımlara möhtac qalan respublikadan kosmik sənayesi olan bir Azərbaycana uzanan yol qətiyyətin əsəridir.

Təbii sərvətlər yalnız doğru əllərdə xalqa xoşbəxtlik gətirə bilir. Milli inkişaf tempimizin davamlılığı baxımından, yeni enerji layihələri qlobal sülhün qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ layihəsi kimi potensiallar hesabına hasilatımız genişlənir.

Xüsusilə indiki geosiyasi gərginliklərdə Azərbaycanın sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Zəngəzur dəhlizindən tutmuş elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək əsrlərdəki rolunu müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *